Almaniya Litvaya “Patriot” sistemləri yerləşdirəcək
Publika.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
“Şimali Atlantika Alyansının tələbi ilə Almaniya 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitinin müdafiəsinə böyük töhfə verəcək. Slovakiyadakı “Patriot” missiyasının qüvvələri də buna töhfə verəcək. Çoxmillətli hava qüvvələri və raketdən müdafiə sistemi ləğv ediləcək”, – Bundesver qeyd edib.
Berlin həmçinin Slovakiya ərazisində raketdən müdafiə sistemlərinin fəaliyyətini təmin etmək üçün Polşadan olan dəstək bölmələrinin Litvaya köçürüləcəyini açıqlayıb.
Publika.az