Almaniya Qəzza üçün daha 39 milyon ayırdı
Almaniya hökuməti Qəzza əhalisinə əlavə humanitar yardım olaraq daha 39 milyon avro vəsait ayırıb.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Qəzzada vəziyyət fəlakətli olaraq qalmaqdadır. Almaniya bir neçə dəfə humanitar yardımı artırıb. 27 mayda XİN daha 39 milyon avro yardım ayırıb. Bu vəsaitlər təmiz içməli su əldə etmək üçün səyyar klinikaların və sistemlərin alınmasına yönəldiləcək”, – deyə bildirilib.