Almaniya suriyalı qaçqınların müdafiə statusunu ləğv edəcək

Almaniya suriyalı qaçqınların müdafiə statusunu ləğv edəcək

Almaniyanın daxili işlər naziri Nensi Fayzer Suriyada vəziyyət sabitləşərsə, suriyalı qaçqınların müdafiə statusunun ləğvini ehtiva edən dörd bəndlik planı açıqlayıb. Plan uğurla inteqrasiya edənlərin ölkədə qalmasına icazə verilməsini, ölkəsinə qayıtmaq istəyənlərə dəstək verilməsini və cinayətkarların sürətlə deportasiya edilməsini nəzərdə tutur.

Almaniyanın daxili işlər naziri Nensi Faeser Suriyada vəziyyətin sabitləşəcəyi təqdirdə suriyalı qaçqınlar üçün dörd maddədən ibarət fəaliyyət planını açıqlayıb.

Bu plan yaşayış üçün başqa səbəbi olmayan şəxslərin müdafiə statusunun ləğvini nəzərdə tutur.

Faeser Die Welt qəzetinə verdiyi açıqlamada, “Bizim qanunlarımıza uyğun olaraq, Federal Miqrasiya və Qaçqınlar İdarəsi Suriyada vəziyyət sabitləşərsə, qorunma ehtiyacını sona çatmış hesab edəcək və təmin edilən müdafiəni ləğv edəcək” dedi.

Nazir təhsil və ya iş kimi müxtəlif səbəblərdən ölkədə qalmaq hüququ olmayan və könüllü surətdə Suriyaya qayıtmaq istəməyən şəxslərin qoruma statusunun qaldırılacağını vurğulayıb.

Fəaliyyət planının ikinci maddəsi uğurla inteqrasiya olunmuş sığınacaq axtaran şəxslərin Almaniyada qalmasına icazə verilməsini nəzərdə tutur.

Bundan əlavə, ölkələrinə qayıtmaq istəyənlər üçün dövlət dəstəyi proqramlarının genişləndirilməsi nəzərdə tutulur.

Planın sonuncu maddəsinə cinayət törədən və ya radikal islamçılarla əlaqəsi olan şəxslərin sürətlə deportasiyası daxildir.

Avropa ölkələri Suriyada rejim dəyişikliyindən sonra suriyalı qaçqınların sığınacaq müraciətlərini dayandırmağa başlayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa İttifaqı (Aİ) ölkələrini qaçqınların Suriyaya qayıtmalarına təzyiq etməməyə çağıraraq, bu vəziyyətin yeni bir qarşıdurmaya səbəb ola biləcəyi və ya nizamlanma problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =