Almaniya və Çexiyada meşələr yanır

Almaniya və Çexiyada meşələr yanır

Almaniyanın şərqində və Çexiyanın şimalında yüzlərlə yanğınsöndürən meşə yanğınları ilə mübarizə aparır.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

O cümlədən quru şam ağaclarının çox olduğu Brandenburq federal əyalətindəki meşədə yanğın qısa zamanda yayılıb. Ərazidə II Dünya Müharibəsindən qalan döyüş sursatlarının hələ də qalma ehtimalının olması yanğınsöndürənləri həddindən artıq ehtiyatla hərəkət etməyə məcbur edir. Bu səbəbdən hətta Refeld kəndinə istehkamçılar qrupu göndərilib. Burada yanğının söndürülməsinə iki hərbi helikopter cəlb olunub və sursatların partlaya biləcəyi ehtimalına görə yanğınsöndürənlər bu əraziyə buraxılmır. Almaniyada yanğını söndürərkən 7 yanğınsöndürən xəsarət alıb.

Bununla yanaşı, İsveçrənin Bohemiya Milli Parkında bazar günündən etibarən meşə yanğınları davam edir. Onu lokallaşdırmaq mümkün olsa da, səlahiyyətlilər Çexiyanın Hrjensko şəhərindən 80 nəfəri təxliyə edib. Yanğının söndürülməsinə 400 yanğınsöndürən cəlb olunub, lakin vəziyyət hələ də normallaşmayıb və yanğın Almaniyanın Saksoniya federal əyalətinə keçib.

Polşa və Slovakiya Çexiya yanğınsöndürənlərinə kömək üçün helikopterlər göndərdiklərini elan ediblər. Almaniya hərbçiləri də yanğını söndürmək üçün Çexiyaya 4 helikopter göndərəcəyinə söz verib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =