Almaniya XİN başçısı: “Rusiya G20-nin işini iflic edib”

Almaniya XİN başçısı: “Rusiya G20-nin işini iflic edib”

“Rusiya G20-nin işini iflic edib”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı müharibəni bitirməli, beynəlxalq asayişi pozmağa son qoymalıdır.

Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 2 =