Almaniyada 49 330 əcnəbi haqqında deportasiya qərarı verilib

Almaniyada 49 330 əcnəbi haqqında deportasiya qərarı verilib

Almaniya Federativ Respublikası 2022-ci ildə bu ölkəyə gələrək sığınacaq üçün müraciət edən qaçqınların ümumi sayını açıqlayıb.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları tərəfindən federal idarəyə ümumilikdə 217 774 sığınacaq ərizəsi daxil olub.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46.9 % artım deməkdir. İlkin müraciətlərin 24 791-i Almaniyada yeni doğulan uşaqlara aid olub.

Məlumatda bildirilib ki, eyni dövrdə federal idarə 228 673 ilkin və təqib müraciəti ilə bağlı qərar verib. Sığınacaq alanların nisbəti 56,2 % olub. 49 330 nəfərin sığınacaq müraciəti rədd edilib və onlar haqqında yerli məhkəmələr tərəfindən deportasiya qərarı çıxarılıb. 50 880 ərizəyə isə Dublin prosedurları və ya sığınacaq ərizəsinin geri götürülməsi ilə əlaqədar baxılmayıb.

2022-ci ilin dekabr ayının sonunda baxılmaqda olan işlərin sayı isə 136 448 olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 11 =