Almaniyada 8 nəfərə səhvən 5 qat daha çox peyvənd vuruldu

Almaniyada 8 nəfərə səhvən 5 qat daha çox peyvənd vuruldu

Almaniyada fəaliyyət göstərən qocalar evinin işçilərinə koronavirus peyvəndinin tətbiqində ciddi səhvə yol verilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Meklenburq-Vorpommern əyalətinin Stralsund şəhərində qeydə alınıb. Qərb KİV orqanları yazır ki, səkkiz nəfərə 5 qatdan çox dozada peyvənd vurulub.

Vorpommern-Rügen polis şöbəsinin rəisi Stefan Kers mətbuata açıqlamasında sözügedən şəxslərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Almaniya mediasında yer alan xəbərə görə, “BioNTech” şirkəti tərəfindən göndərilən 5 dozalı vaksin flakonu təkcə bir insana tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =