Almaniyada HAMAS-ın fəaliyyəti qadağan olunub
Almaniyada artıq terror təşkilatı kimi tanınan HAMAS və Fələstin tərəfdarı Samidoun qruplaşmasının fəaliyyəti qadağan edilib.
“Reuters” xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Faiser bildirib.
“Məqsədi İsrail dövlətini məhv etmək olan HAMAS terror təşkilatının fəaliyyətini tamamilə qadağan etmişəm”, – daxili işlər naziri Nensi Faiser deyib.
O əlavə edib ki, Samidoun-un alman qanadı da qadağan edilir.
Nazirin sözlərinə görə, bu beynəlxalq şəbəkə anti-İsrail və antisemitizm təbliğatını yaymaq üçün məhbuslarla həmrəylik qrupu adı altında işləyir.