Almaniyada iflas problemi – real miqyas böhrandan xəbər verir
Almaniya hökuməti ölkədə artan müflisləşmə probleminin real miqyasını kiçik hesab edir və ciddiyə almır.
Bu barədə yerli “Berliner Zeitung qəzeti yazıb. Nəşrə müsahibə verən ekspertlər əmindirlər ki, Almaniyada müflisləşmə ilə bağlı vəziyyət İqtisadiyyat Nazirliyinin dediyindən qat-qat ciddidir. Analitiklərin fikrincə, böhran pik həddi keçməyib və ölkə hələ son iki ildəki böhranın nəticələri ilə üzləşməlidir. Bu arada, departament müflisləşmənin artının yavaşlamasını gözləyir.
“Almaniyada müflis şirkətlərin sayının artmasının səbəbi iqtisadiyyatın struktur problemləri və Berlinin siyasətinin uyğunsuzluğu ilə əlaqədardır”, – deyə Kölndəki Alman İqtisadiyyatı İnstitutunun müflisləşmə üzrə eksperti Klaus-Hayner Röl iddia edir. Beləliklə, hesab edilir ki, iqlim neytrallığına məcburi keçid qiymətlərin sabitliyinin pozulmasına və ölkədən kapital axınına səbəb olub.
Almaniyanın “Creditreform” kredit agentliyinin məlumatına görə, yanvar-iyun aylarında Almaniyada iflasların sayı 11 min hadisə ilə on illik rekorda çatıb.