Almaniyada İkinci Dünya müharibəsinə aid bomba tapılıb, sakinlər təxliyə olunur

Almaniyada İkinci Dünya müharibəsinə aid bomba tapılıb, sakinlər təxliyə olunur

Almaniyanın Drezden şəhərində İkinci Dünya müharibəsi dövrünə aid bombanın tapılması ilə əlaqədar sakinlərin təxliyəsi başlayıb.

Trend-in məlumatına görə, 3,3 min nəfərin təxliyəsi həyata keçirilir.

Qeyd olunur ki, şəhərin Fridrixştadt rayonunda tikinti işləri zamanı ABŞ istehsalı olan 250 kiloqram çəkidə partlamamış bomba tapılıb.

Mütəxəssislərin gün ərzində həmin maddəni zərərsizləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı Almaniyaya 2 milyon bomba atılıb. Onların 20 faizi partlamayıb. Partlamamış bombalar bugünədək Almaniyanın müxtəlif şəhərlərində aşkar edilir.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − fifteen =