Almaniyada karantin 18 aprelə qədər uzadılıb
Almaniya kansleri Angela Merkel və federal əyalətlərin səlahiyyətliləri karantin rejiminin 18 aprelə qədər uzadılması mövzusunda razılığa gəlib.
Kansler bu barədə ötən gecə başa çatan danışıqlardan sonra jurnalistlərə açıqlama verib.
“1-5 aprel tarixlərində (Pasxa Bayramı – red.) görüşlərin azaldılması prinsipi qüvvədə olacaq”, o deyib.
Mətbuat konfransında da iştirak edən Bavariya Baş Naziri Markus Zöder bu qərarı “Pasxa lokdaunu” adlandırıb.
Salamnews