Almaniyada karantin tədbirləri əleyhinə etirazlarda 58 nəfər saxlanılıb

Almaniyada karantin tədbirləri əleyhinə etirazlarda 58 nəfər saxlanılıb

Almaniyanın paytaxtı Berlində koronavirus məhdudiyyətləri əleyhdarlarının aksiyaları zamanı ümumilikdə 58 nəfər saxlanılıb.

Bu barədə Berlin polisi məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan 22-i qadın, 36-sı kişidir.

Berlində asayişi 650-yə yaxın polis təmin edib.

Nümayiş zamanı iki polis zabiti xəsarətlər alıb. Həmçinin bir neçə jurnalist də hücuma məruz qalıb.

Berlin hakimiyyəti daha əvvəl etirazçıların koronavirus qaydalarına əməl etməyəcəyindən qorxduğu üçün mitinqi qadağan etmişdi.

Almaniyanın bir sıra digər şəhərlərində, o cümlədən Hannover, Hamburq, Potsdam və Frankfurt-Maynda məhdudiyyətlərə qarşı aksiyalar keçirilib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + twelve =