Almaniyada keçmiş kəşfiyyatçı mühakimə olunur
Almaniyada keçmiş kəşfiyyatçı HIMARS və IRIS-T hava hücumundan müdafiə sistemləri haqqında məlumatları ruslara ötürdüyünə görə mühakimə olunur. Onu dövlətə xəyanətdə ittiham edərək ömürlük həbs cəzası gözləyir.
APA-nın xəbərinə görə, bu barədə “RBC-Ukrayna” “Spiegel”ə istinadən məlumat yayıb.
Almaniya Baş Prokurorluğu Alman kəşfiyyat xidmətinin BND-nin keçmiş rəhbəri, işçilərin təhlükəsizliyinə cavabdeh olan Karsten L.-yə qarşı ittiham irəli sürüb. Onun vasitəçisi Artur E.-yə qarşı da ittiham irəli sürülüb. Məlumdur ki, 2022-ci ildə Karsten L. və Artur E. Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılıb.
İstintaqın məlumatına görə, Carsten L. Rusiya FTX zabitləri ilə əməkdaşlıq edib və onlara HIMARS reaktiv sistemlərinin və IRIS-T hava hücumundan müdafiə sistemlərinin Ukraynadakı mövqeləri haqqında GPS məlumatlarını ötürüb. Nəşr qeyd edir ki, Karsten L. alman kəşfiyyatının dinləmə məlumatlarına çıxışı olub və Artur E.-nin Rusiya xüsusi xidmət orqanlarına ötürdüyü məxfi məlumatları əldə edib.
Apa.az