Almaniyada keçmiş operetta binası yanıb

Almaniyada keçmiş operetta binası yanıb

Almaniyanın Drezden şəhərində keçmiş dövlət operetta binasında yanğın baş verib.

“Report”un xəbərinə görə, bu barədə “Bild” qəzeti yanğınsöndürmə idarəsinə və mənbələrə istinadən məlumat yayıb.

“(Drezdendə) Leyben rayonundakı keçmiş dövlət operettasının binası yanır. Yanğın yardımçı tikilidə başlayıb və tezliklə əsas binaya keçib”, – xəbərdə deyilir.

Hadisə yerinə 60-a yaxın yanğınsöndürən göndərilib. Yanğının səbəbi hələ məlum deyil. Məlumata görə, binanın üzərində böyük tüstü buludu əmələ gəlib. Bununla əlaqədar olaraq, ekspertlər evləri fövqəladə hadisə yerindən bir kilometr radiusda olan sakinləri pəncərə və qapıları hələ açmamağa çağırıb. Bundan başqa, xilasedicilər yanan binaya ən yaxın olan iki evin sakinlərini təxliyə etməli olublar.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Yanğının baş verdiyi bina hazırda boşdur. Halbuki 1947-ci ildən 2016-cı ilə qədər burada dövlət operettası yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 9 =