Almaniyada müsəlmanların deportasiya olunmasına çağırış edilir
Bavariya Xristian Sosial Birliyinin nümayəndəsi Aleksandr Dorbrindt Almaniyanın ən böyük qəzetlərindən birinə müsahibəsində miqrantlardan ibarət cinayətkar dəstənin gələn həftə Almaniyadan çıxarılmasını tələb edib.
Ölkədə vətəndaşlara bıçaqla hücum hallarının artması fonunda miqrasiya siyasətini kökündən dəyişməyə çağırışlar səslənir.
Avqustun sonunda Qərbi Almaniyanın Solingen şəhərində tətil zamanı üç nəfərin öldürülməsindən sonra 26 yaşlı suriyalı polisə təslim olub. “İslam dövləti” təşkilatı, Almaniya mətbuatının yazdığına görə, bu cinayəti “Fələstin xalqının məruz qaldığı qurbanların qisası” adlandırıb. Daha sonra Almaniyanın digər şəhərlərində daha iki dəfə miqrantlar tərəfindən yoldan keçənlərə bıçaqla hücum etmək cəhdi olub. Lakin hücum edənlər dərhal polis tərəfindən öldürülüb.
Bu hadisələr nəticəsində Almaniyada ağır xəsarət yetirmə və zorlama kimi ağır cinayətlərdə ittiham olunan 28 əfqan qaçqını Əfqanıstana deportasiya edilib. Federal daxili işlər naziri Nensi Feserin əmri ilə onların hər birinə min avro verilib. Nazirin bu cür xeyriyyəçiliyi mətbuatda və sosial şəbəkələrdə çoxsaylı mənfi reaksiyalara səbəb olub.
Terror üzrə ekspert, Pakistan əsilli alman jurnalist Şəms Əl-Haq hesab edir ki, müsəlman ölkələrindən olan mühacir ailələrində doğulan gənclər sosial şəbəkələrin və məscidlərdəki radikal moizələrin psixikaya təsiri nəticəsində ekstremist olurlar. Bununla bağlı jurnalist bu ilin yayında Avstriya təhlükəsizlik xidmətləri tərəfindən əzilən və “İslam dövləti”nin göstərişi ilə məşhur Vyana musiqi festivalında sui-qəsd hazırlayan radikal gənclər qrupunu misal gətirir. Ən böyüyünün19 yaşı olan bu gənclər Amerika kəşfiyyat orqanlarının sındırdığı və nəzarət etdiyi qapalı internet kanallarından birində “İslam dövləti” üçün and içiblər. Ancaq onların hüquq-mühafizə orqanları terror aktının hazırlanmasının izinə düşə və onun qarşısını vaxtında ala biliblər.
Məlum olub ki, hücum hazırlayan terror qruplaşmasının lideri əslən albandır. O, yalnız zahiri görkəmi ilə – saqqalı və müsəlman tərzli geyimi ilə seçilib.
Ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, hazırda sosial şəbəkələr sayəsində istənilən ideyaların, o cümlədən radikal ideyaların yayılması üçün praktiki olaraq qeyri-məhdud imkanlar mövcuddur. O, bütün müvafiq messencerləri izləməyin praktiki mümkünsüzlüyünü etiraf edir. Bu isə Avropa ölkələrində az qala paralel cəmiyyətin yaranmasına gətirib çıxarır.