Almaniyada polisin sursat anbarında partlayış olub, meşə yanıb

Almaniyada polisin sursat anbarında partlayış olub, meşə yanıb

Almaniyanın paytaxtı Berlinin qərbində polisə məxsus sursat anbarında partlayış olub.

“Report” “Fourals”a istinadən xəbər verir ki, bu barədə Berlinin Yanğınsöndürmə Xidmətinin mətbuat katibliyindən bildirilib.

Məlumata görə, partlayışdan sonra baş verən yanğın Qrünevald meşəsinə yayılıb. Yanğın 15 min kv. metr ərazini əhatə edib.

Vurğulanıb ki, yanğın meşədə nəzarətsiz şəkildə yayılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − nine =