Almaniyada qatar qəzasında 3 nəfər ölüb, 60 nəfər yaralanıb

Almaniyada qatar qəzasında 3 nəfər ölüb, 60 nəfər yaralanıb

Almaniyanın Qarmiş-Partenkirxen şəhəri yaxınlığında baş verən qatar qəzasında 60 nəfər xəsarət alıb.

“Report” “Aachener Zeitung”a istinadən xəbər verir ki, yaralılardan 16 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, son məlumata görə, qəza sonucunda 3 nəfər həlak olub.

16:15

Almaniyanın cənubunda Qarmiş-Partenkirxen şəhərində qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, çoxlu sayda yalaranan var.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Bild” nəşri yazıb.

15.51

Almaniyanın Qarmiş-Partenkirxen şəhərindəki qatar qəzasında 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Bild” nəşri yazıb.

Məlumata görə, hazırda xilasetmə əməliyyatı aparılır və orada qonşu Avstriyadan olan həkimlər də iştirak edir.

15:18

Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen şəhəri yaxınlığında regional qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Focus-online” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, hadisə sonucunda bir neçə vaqon aşıb. Qəzaya nəyin səbəb olduğu hələ ki məlum deyil.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =