Almaniyada silahlı şəxs insanlara hücum edib, bir neçə nəfər yaralanıb

Almaniyada silahlı şəxs insanlara hücum edib, bir neçə nəfər yaralanıb

Almaniyanın Oberhauzen şəhərində (Şimali Reyn – Vestfaliya vilayəti) bıçaqla silahlanmış şəxs insanlara hücum edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, silahlı şəxsin hücumu nəticəsində azı 4 nəfər xəsarət alıb.

Məlumata əsasən, hücum edən şəxs saxlanılıb. O, saxlanılma zamanı yaralanıb və intensiv terapiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hazırda araşdırma aparılır və Oberhauzen şəhərinin polisi Essen şəhərindən araşdırmanın aparılması üçün əlavə polis qüvvələri istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − nine =