Almaniyada sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb – YENİLƏNİB

Almaniyanın Trir şəhərində “Range Rover” marakalı avtomobilin vurması nəticəsində ölən piyadaların sayı 5 nəfərə çatıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl, Reynland-Pfalz federal əyalətinin Daxili İşlər naziri Roger Levenz 4 qurban barədə məlumat vermişdi.
***
01 dekabr, saat 18:31
Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb.APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın Trir şəhərində qara rəngli “Range Rover” marakalı avtomobil piyadaların hərəkət etdiyi səkiyə sürülüb. Hadisə nəticəsində 2 nəfər həlak olub, 10-dan çox şəxs yaralanıb. Polis avtomobili dayandırmağa müvəffəq olub və sürücü saxlanılıb. Hadisənin motivi bəlli deyil. Polis vətəndaşları ərazidən uzaq durmağa çağırıb.

