Almaniyanın beş aeroportunun işçiləri tətilə başlayıb
Almaniyanın beş aeroportunun təhlükəsizlik şöbəsinin əməkdaşları iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə başlayıblar.
Etiraz aksiyaları Hamburq, Ştutqart, Karlsrue/Baden-Baden, Köln və Berlin hava limanlarını əhatə edir.
Tətil bütün günü davam edəcək və bu, on minlərlə sərnişinin planlarını pozacaq. Tətil səbəbindən ümumilikdə 580-dən çox reysin ləğv olunacağı ehtimal edilir.
Bundan əlavə, cümə günü Almaniyanın digər şəhərlərində – Hannover, Dortmund, Drezden, Leypsiq, Vetsedə, eləcə də yenidən Karlsrue/Baden-Baden hava limanında işçilər tətil edəcəklər.
Eyni zamanda Həmkarlar ittifaqı Münhen hava limanında yük nəzarəti departamentinin əməkdaşlarını cümə axşamı yerli vaxtla saat 04:00-dan martın 15-i saat 06:00-a qədər tətil etməyə çağırıb. Bu aksiya əsasən aviadaşımalara təsir göstərəcək.
Həmkarlar İttifaqı təxminən 25 min adamın iş şəraitinin yaxşılaşdırılması ilə bağlı razılığa gəlməyə çalışır, danışıqların əvvəlki 5 mərhələsi nəticəsiz qalıb.