Almaniyanın bir neçə limanının işçiləri tətil edirlər
Almaniyanın şimalındakı bir neçə limanın, o cümlədən Avropanın ən böyük portlarından olan Hamburqun işçiləri əmək haqqının artırılmasını tələb edən tətil keçirirlər.
Bbu barədə DPA agentliyi məlumat yayıb.
“Verdi” Həmkarlar İttifaqı tətilə çağırıb. Tətil bazar ertəsi Bakı vaxtı ilə saat 07:00-da başlayıb və limandan asılı olaraq 24-48 saat davam edəcək. Hamburq ilə yanaşı, Brak, Bremen, Bremerhaven, Emdendəki limanların işi iflic olub. Konteyner terminallarında boşaltma və yükləmə aparılmır.
Həmkarlar İttifaqı, azı bir il müddətinə müqavilə bağlayan işçilərin 3 iyundan etibarən maaşlarını saatda 1 avro artırmasını və gecə iş müavinətlərini artırmasını tələb edir. Tətil tarif danışıqlarının üçüncü turunun başlaması ilə əlaqədardır.