Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb

Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb

Almaniyanın daxili dövlət borcu 2023-cü ilin sonuna qədər rekord həddə çatıb və təxminən 2,45 trilyon avro təşkil edib.

Bu barədə ölkənin Federal Statistika İdarəsi məlumat yayıb.

“2023-cü ilin sonuna dövlət büdcəsinin qeyri-dövlət sektoruna 2 445,1 milyard avro məbləğində borcu olub”, – idarə qeyd edib.

Qeyd olunur ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dövlət borcu 2023-cü ilin sonunda 3,3% (77,1 milyard avro) artaraq tarixi maksimuma çatıb.

Məlumata görə, bu, federal hökumətin, bələdiyyələrin və sosial təminat sisteminin borcunun artması hesabına baş verib.

2023-cü ildə Almaniyada adambaşına düşən borc 28 943 avroya çatıb ki, bu da 2022-ci illə müqayisədə 778 avro çoxdur. 2023-cü ilin sonunda federal hökumətin borcu əvvəlki illə müqayisədə 75,9 milyard avro (4,7%) artaraq 1 6963 milyard avro təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eleven =