Almaniyanın qaz anbarları rekord həddə boşalıb

Almaniyanın qaz anbarları rekord həddə boşalıb

Almaniyanın Yeraltı Qaz Anbarları Operatorları Assosiasiyasının icraçı direktoru Sebastian Bleşke bildirib ki, Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 59% təşkil edir. O qeyd edib ki, bu, bütün illər ərzində rekord həddə aşağı göstəricidir.

Bu barədə “APA-Economics” TASS-a istinadən xəbər verir.

“Doluluq səviyyəsi 60%-dən aşağı düşüb. Əsl qış hələ qarşıda olduğundan, nisbətən kiçik ehtiyatlarla əlbəttə ki, ehtiyatlı davranmaq lazımdır. Doluluq nisbəti fevralda çox aşağı olacaq”, – Bleşke bildirib.

Xatırladaq ki, ümumiyyətlə, Avropa ölkələri bu il yeraltı anbarlara vurulan qaz həcminin 25,6%-ni istifadə edib. Dekabrın 6-na olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarının dolum səviyyəsi 65,45% və ya 70,65 mlrd. kubmetr civarında olub. Dekabrın 1-dən 6-dək Avropanın yeraltı anbarlarından qazın çıxarılma səviyyəsi müşahidələr tarixində bu dövr üzrə orta göstəricidən 19% çoxdur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − four =