Almaniyanın xarici işlər naziri Livana səfər edib

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail-Livan münaqişəsi fonunda Livan rəsmiləri və yardım təşkilatları ilə danışıqlar aparmaq üçün Beyruta səfər edib.
Almaniyanın hərbi təyyarəsi Livanın paytaxtı Rəfiq Həriri Beynəlxalq Hava Limanına enib.
Bildirilib ki, bu, HAMAS-ın İsrailə qarşı 7 oktyabr hücumlarından sonra Berbokun Livana dördüncü səfəridir.