Almaniyanın XİN başçısı Ermənistanda

Almaniyanın XİN başçısı Ermənistanda

Almaniyanın xarici işlər naziri Ermənistanın paytaxtına səfər edərək İrəvanda həmkarı ilə görüşüb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Almaniyanın xarici işlər naziri Annalena Barbok İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra birgə keçirilən brifinqdə deyib: Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və bunu sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir.

A.Barbok həmçinin Almaniyanın Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istədiyini də iddia edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması üçün istəklərini elan etməsinə baxmayaraq diplomatik cəhətdən iki ölkə  arasında hələ heç bir irəliləyiş görünmür və sərhəd bölgələrində gərginlik davam etməkdədir.

x

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − twelve =