Almaniyanın XİN rəhbəri Bakıya səfər edəcək

Almaniyanın XİN rəhbəri Annalena Berbok bu həftə Ermənistan və Azərbaycana səfər edəcək.
Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Almaniya XİN-də olan mənbə açıqlayıb.
Bildirilir ki, Berbok noyabrın 3-ü Ermənistana səfər edəcək və erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
Almaniya XİN başçısının noyabrın 4-ü günün ikinci yarısında isə Bakıya yola düşəcəyi qeyd olunub.