Almaniyanın yeni xarici işlər naziri məlum olub
Almaniyanın xarici işlər naziri Annalena Berbok təyin olunub.
Dekabrın 8-də Almaniya hökumətinin yeni nazirlərinin adları açıqlanıb.
Bildirilib ki, kansler Olaf Şolts kabinetində 16 nazir fəaliyyət göstərəcək.
Qeyd edək ki, Annalena Şarlotta Alma Berbok 1980-ci il dekabrın 15-də Almaniyanın Hannover şəhərində anadan olub. O, 2013-cü ildən İttifaq90/Yaşıllar Partiyasından bundestaqın deputatıdır. 2018-ci il aprelin 19-dan partiyanın sədri vəzifəsini tutur.
Report