Almatı-Bakı aviareysi üzrə uçuşlara başlanılır

Almatı-Bakı aviareysi üzrə uçuşlara başlanılır

Noyabrın 7-dən Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı – Bakı – Almatı marşrutu üzrə uçuşlara başlayır.

Bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, uçuşlar cümə axşamı və bazar günləri həyata keçiriləcək. Qiymətlər 400 ABŞ dollardan başlayır.

Qeyd edək ki, Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı səbəbindən uçuşlar dayandırılmışdı. Belə ki, Almatı, Aktau və Nur-Sultan istiqamətində uçuşlar həyata keçirilirdi.

O vaxtadək Qazaxıstanın “SCAT Airlines” şirkəti Aktaudan Bakıya hər gün, “Air Astana” aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =