Almatıda 2000-ə yaxın şəxs saxlanılıb

Almatıda 2000-ə yaxın şəxs saxlanılıb

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatı şəhərində terror və qarət xarakterli hücumlarda və digər cinayətkarlıqda iştirak edən 1678 nəfəri saxlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, 36 silah və 1476 sursat aşkar edilərək götürülüb.

Şəhər komendantlığının verdiyi məlumata görə, Almatının Alatau və Medeu bölgələrinin əraziləri bandit qruplaşmalarından təmizlənib.

Qazaxıstanın Daxili İşlər Nazirliyinin yanvarın 11-i yaydığı məlumata görə isə, ölkədə iğtişaşlar zamanı ümumilikdə 9900 nəfər saxlanılıb.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =