Amerika 2 sionist əsirin azad olunmasına reaksiya verdi

ABŞ dövlət katibi Həmasın 2 sionist əsiri azad etməsindən çox sevindiyini elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Amerika Əl Qəssam batalyonunun Nurit Koper və Yoşud Lifşitz adlı 2 sionist qoca qadının azad etməsinə çox şad olduğunu bildirib.
ABŞ elan edib ki, biz oktyabrın 7-dən bu məsələ ilə məşğul idik və bununla əlaqədar Qətərlə də danışıqlar aparırdıq.
Əl Qəssam sözçüsü Əbu Übeydə dünən axşam bir bəyanat yayaraq deyib: Qətərin vasitəçiliyi ilə humanitar səbəblər üzündən Tel Əviv rejiminin əvvəlcə imtina etdiyi 2 əsiri azad etdik.
İsrailin Qəzzəyə hücumları nəticəsində indiyə qədər 22 əsirin həlak olduğunu bildirən Əbu Übeydə xatırladıb: Onların kimliyi barədə heç bir məlumatımız yoxdur. Amma imkan daxilində xarici əsirləri azad edə biləcəyimizi düşünürük.