Amerika 3,5 milyard dollar dəyərində sionistlərə hərbi yardım verəcək
Vaşinqton sionist rejimə Amerika silah və hərbi texnikası almaq üçün 3,5 milyard dollar ayırmağa hazırlaşır.
Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ Dövlət Departamenti bu gün (10 avqust) qanunvericilərə sionist rejimə milyardlarla dollarlıq xarici hərbi maliyyə vəsaiti ayıracağı barədə məlumat verib.
Məlumata görə, bu yardım bu ilin aprel ayında təsdiqlənmiş Təl-Əvivə 14,1 milyard dollarlıq yardım paketinin bir hissəsidir.
Deyilənlərə görə, bu məbləğ silahların dərhal alınması üçün istifadə edilməsə də hazırda inşa edilməkdə olan və gələcəkdə təhvil veriləcək sistemlərin ödənişinə sərf olunacaq.
Xatırladaq ki, Vaşinqton təkcə may ayında İsrailə üç milyard dollar hərbi yardım edib.
ABŞ hökumətinin yüksək səviyyəli ötən ay bildirmişdi ki, ABŞ keçən il oktyabrın 7-dən bəri İsrailə dəyəri 6,5 milyard dollardan çox olan silah göndərib ki, bu da təkcə may ayında təxminən üç milyard dollar təşkil edib.
ABŞ Dövlət Departamenti keçən il elan etmişdi ki, 2009-cu ildən bəri ABŞ raketdən müdafiə büdcəsinə ümumilikdə 3,4 milyard dollar, o cümlədən Dəmir Günbəz üçün 1,3 milyard dollar ayırıb.
Son illərdə ABŞ-ın İsrail rejiminə hərbi yardım büdcəsi 10 illik memorandumlar çərçivəsində müəyyən edilib. Ən son memorandum 2016-cı ildə imzalanıb və buna görə Vaşinqton 2019-2028-ci maliyyə illəri dövründə İsrail rejiminə 38 milyard dollar hərbi yardım göstərməyi öhdəsinə götürüb ki, bu da orta illik 3,8 milyard dollar hərbi yardım deməkdir.