Amerika hərbi helikopterinin qəzaya uğraması üç pilotun ölümünə səbəb oldu

İRNA xəbər saytının verdiyi məlumata görə, Aydaho ştatında təlim uçuşu zamanı ABŞ hərbi helikopterinin qəzaya uğraması nəticəsində bu ştatın Milli Qvardiyasının üç pilotu həyatını itirib.
ABŞ Milli Qvardiyası verdiyi açıqlamada, bu hərbi helikopterin (yerli vaxtla) səhər saat 8-də adi bir təlim missiyasında olduğu zaman qəzaya uğradığını və nəticədə üç yerli pilotun öldüyü xəbər verib.
Məlumata görə, Aydaho Ordusunun axtarış qrupu çərşənbə günü Boyze şəhərindən 10 mil aralıda, hadisə yerinin ətrafında “UH-60 Black” helikopterinin üç pilotunun cəsədlərini tapmağı müvəffəq olub.
Bir müddət öncə Nyu-Yorkun Mendon şəhərində də ABŞ hərbi helikopterinin qəzaya uğraması ən azı üç nəfərin ölümünə səbəb olub.