Amerika hərbi konvoyu Suriyanın şimalından çıxarılıb

Amerika hərbi konvoyu Suriyanın şimalından çıxarılıb

Suriya ordusuna bağlı nəzarət-buraxılış məntəqəsi Amerika hərbçilərinin karvanını Qamışlı (əl-Həsəkə) ətrafındakı Teləz-Zəhəb kəndindən çıxarıb.

Suriyadakı yerli mənbələr SANA-ya bildiriblər ki, Suriya ordusunun nəzarət-buraxılış məntəqəsi Qamışlının cənub ətrafındakı Teləz-Zəhəb kəndindən Qamışlı şəhərinə hərəkət etməyi planlaşdıran 5 zirehli maşından ibarət ABŞ hərbi konvoyunu qovub.

Suriyada Amerika işğalçılarının qeyri-qanuni bazalarının yaradılmasından bəri Suriya ordusu dəfələrlə Amerika hərbi karvanlarının yerləşdiyi ərazilər yaxınlığından hərəkətinə və keçidinə mane olub və onları geri çəkilməyə məcbur edib.

2016-cı ilin dekabrında ABŞ-ın Suriyadakı hərbi qolu kimi İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə Amerika qüvvələri birbaşa olaraq onların yerini tutdu və İŞİD əvəzinə Suriyanın neftini və ehtiyatlarını həmin vaxtdan çıxarmağa və oğurlamağa başladı.

Əl-Həsəkədə və Suriyanın digər şimal bölgələrində Amerika qüvvələri və Vaşinqtonun dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan silahlı qruplaşmalar tərəfindən işğal edilmiş ərazilər hər zaman bu ərazidəki Suriya vətəndaşlarının işğalçıların və silahlı birləşmələrin terror aktlarına qarşı etirazlarının şahidi olub..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 10 =