Amerika Hizbullahın Aralıq dənizindəki mövqeyindən narahatdır

Amerika Hizbullahın Aralıq dənizindəki mövqeyindən narahatdır

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutu ABŞ-ın Hizbullahın Aralıq dənizindəki siyasi mövqeyindən nigarançılığı və İsraillə müharibəni genişləndirdiyi təqdirdə, Amerikanın artıq İsraili Hizbullah raketlərindən qoruya bilməyəcəyini etiraf edib.

Təsnim İnformasiya Agenltiyinin məlumatına əsasən, son 20 ildə Livanda müxtəlif hadisələrə çoxlu müdaxilələr etmiş David Şenker deyib: Livanlıların cənub kəndlərində didərgin düşmələrinə baxmayaraq, onların heç vaxt Hizbullahdan şikayət etdiklərini görməmişik. Müqavimətin bölgədəki hərbi əməliyyatlarının nəticələr həddən artıq müsbətdir və bu, misilsizdir. Hizbullahın Kiprə qarşı təhdidləri Aralıq dənizində bəzi məhdudiyyətlər yaratmaq məqsədi daşıyır.

David Şenker daha sonra deyib: Bu gün yəmənlilər Qırmızı dənizdə dünya ticarətini iflic vəziyyətə salıb və enerjinin qiymətini artırıblar. Bundan əlavə, Hörmüz boğazına nəzarət də İranın əlindədir və bütün bu hadisələrdə Hizbullahın Aralıq dənizində oynaya biləcəyi rol barədə daha çox düşünmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fourteen =