Amerika İranın qisas alacağından narahatdır

Amerika İranın qisas alacağından narahatdır

Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı bazar ertəsi sionist rejimin İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hücumuna görə İranın verəcəyi cavabdan narahatlığını bildirib.

ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı general Aleksus Qrinkoviç çərşənbə axşamı deyib ki, İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinin hədəfə alınmasından sonra ABŞ qüvvələri “İran və ya onun agentləri tərəfindən risk altında ola bilər.”

Əl-Cəzirə telekanalının məlumatına görə, o, əlavə edib: “Bazar ertəsi günü edilən hücum İraq və Suriyadakı bazalarımıza yenidən hücumlar üçün motivasiya ola bilər… Biz qüvvələrimizin təhlükədə olması ehtimalından narahatıq.”

İsrail rejiminin qırıcıları bazar ertəsi axşam saatlarında beynəlxalq və diplomatik qanunları pozaraq İranın Dəməşqdəki səfirliyinin binasının konsulluq şöbəsinə hücum ediblər.

Bu hücumda briqada generalı Məhəmməd Rza Zahidi və bir neçə iranlı hərbi müşavir Suriyada şəhid olub.

Bir çox ölkələr bu hücumu pisləyib və beynəlxalq hüququn pozulması adlandırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bu terror aktını pisləyərək, bir bəyanatda vurğulayıb: “İran İslam Respublikası qüdrətli və hikmətli şəkildə təcavüzkar və uğursuz sionist rejimi öz yeni cinayətindən peşman edəcək və bu saxta rejim belə ağır cinayətlərə əl atmaqla qaçılmaz məğlubiyyətdən heç vaxt xilas ola bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + four =