Amerika işğalçıları tərəfindən Suriya nefti oğurlanıb

Amerika işğalçıları tərəfindən Suriya nefti oğurlanıb

Amerika işğalçı qüvvələri oğurlanmış Suriya neftini İraq ərazisinə gətirib.

İRNA-nın çərşənbə axşamı verdiyi məlumata görə, Suriyanın rəsmi xəbər agentliyi (SANA) bu gün Həsakə şəhərinin şimal-şərqindəki Yəribiyyə

Amerika işğalçı qüvvələrinə məxsus 66 oğurlanmış Suriya neft tankerindən ibarət karvan Suriya ərazisini tərk edib.

Bu mənbələrin məlumatına görə, oğurlanmış Suriya neftinin yükü Həsakə ətrafında yerləşən Əl-Mahmudiyyə qanunsuz keçidi ilə İraqa ötürülüb.

2016-cı ilin dekabrında Suriyada Amerikanın hərbi qolu kimi İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə Amerika qüvvələri birbaşa olaraq bu qruplaşmanı əvəz etdi və İŞİD əvəzinə Suriya neftini məhz həmin vaxtdan çıxarmağa və oğurlamağa başladı.

Amerika qüvvələrinin işğalı altında olan ərazilər və Suriyanın Əl-Həsakə və digər şimal bölgələrində onların dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan silahlı qruplaşmalar hər zaman Suriya vətəndaşlarının terrorçuların mövcudluğuna etirazlarının şahidi olub.

Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Suriyanın şərqində və şimal-şərqində bu silahlı birləşmələrin və amerikalıların nefti talamaqdan başqa, heç bir məqsədi yoxdur və onların mövcudluğu qanunsuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − sixteen =