Amerika işğalçılarının Suriyanın neft mədənlərindəki bazalarına daxil olmaq üçün İraq sərhədlərinə təcavüzü

Amerika işğalçılarının Suriyanın neft mədənlərindəki bazalarına daxil olmaq üçün İraq sərhədlərinə təcavüzü

ABŞ ordusunun rəhbərlik etdiyi “Beynəlxalq Koalisiya” qüvvələri Suriyanın neftlə zəngin bölgəsi olan “Əl-Cəzirə”dəki qeyri-qanuni bazalarına yeni əlavə qüvvələr gətirib.

Vaşinqton Suriyanın şərqində öz komandanlığı altında yeni silahlı qruplar yaratmağa çalışır.

 “Sputnik”in Suriyanın şərqindəki müxbiri Əl-Həsakə əyalətindəki yerli mənbələrə istinadən xəbər verir ki, amerikalı işğalçıların rəhbərlik etdiyi iddia edilən “Beynəlxalq Koalisiya” qüvvələri Əl-Həsakə əyalətinindəki qeyri-qanuni hərbi bazalarına əlavə hərbi qüvvələr göndərib.

Bu qüvvələr “Remilan” və “Şədadi”dəki neft-qaz yataqlarının ətrafında cəmləşib.

Bu mənbələr əlavə edib ki, yeni hərbi qüvvələr İraq ərazisini qeyri-qanuni keçərək, “QSD” üsyançı silahlı birləşmələrin və İraqın Kürdüstan bölgəsinin nəzarətində olan əraziləri ayıran Əl-Vəlid quru keçidi vasitəsilə Suriya ərazisinə daxil olublar.

Amerikalı işğalçılar daha əvvəl Suriya hökumət qurumlarına və Suriyanın şərqində fəaliyyət göstərən Rusiya qüvvələrinə hücum etmək üçün maddi-texniki təchizat və hərbi tanklar da daxil olmaqla 25 yük maşınından ibarət karvanı Əl-Həsəkə ətrafında yerləşən qeyri-qanuni bazalarına köçürüb.

Qeyd edək ki, Amerika ordusunun və ABŞ-a sadiq “QSD” kimi tanınan üsyançı milislərin nəzarəti altında olan ərazilərdə ictimai və qəbilə qəzəbinin artması müşahidə olunur.

Bu ərazilərin suriyalı sakinləri işğalçıların ərəb qəbilələrinin uşaqlarına qarşı hərəkətləri və onların məcburi əməyə cəlb edilməsi, habelə Suriyanın daxili sərvətlərinin, o cümlədən neft, qaz və buğdanın oğurlanması səbəbindən təcavüzkar amerikalılara və onların komandanlığı altında olan Suriya silahlı dəstələrinə nifrət edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 8 =