Amerika mediası Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb

Amerika mediası Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb

Amerika mediası Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb.

Oktyabrın 7-dən sonra prioritetlərin dəyişdiyi üçün geri çəkilmə qərarının verildiyi iddia edilib.

Amerikanın eks prezidenti Donald Tramp bunu gündəmə gətirdi, dediyini qismən yerinə yetirsə də, lakin vədini tam yerinə yetirmədi, yüzlərlə amerikalı əsgəri Suriyada buraxdı, onların sayını azaltdı.

Amerikanın Suriyanı tərk edəcəyi iddiası yenidən gündəmdədir. Bu iddia Amerika mətbuatında yer alıb. Birləşmiş Ştatların uzun illərdir Suriyada qoşunları var. Terror təşkilatı PKK/YPG ilə təlimdən silah yardımına qədər sıx əlaqələri olan ABŞ mühüm qərarın ərəfəsindədir.

ABŞ-ın məşhur nəşrlərindən olan “Foreign Policy” 4 məmura əsaslanan xəbərində Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb. Xəbərdə xatırladılıb ki, ABŞ-ın Suriyada 900-ə yaxın əsgəri var. Ağ Evin Suriyadakı missiyanı lazımsız qəbul etdiyi və ora sərmayə qoymaq istəmədiyi bildirilib.

Xüsusilə DAEŞ-in Yaxın Şərqdəki vəziyyətinin ABŞ üçün həlledici səbəb olduğu yazılıb.

Hesabatda DEAŞ-ın 2014-cü ildə İraqda ayda təxminən 850 hücum təşkil etdiyi halda, 2023-cü ildə ayda orta hesabla cəmi 9 hücum həyata keçirəcəyi iddia edilib.Suriyadakı vəziyyətin İraqdan daha mürəkkəb olduğu bildirilən xəbərdə İsrail-Fələstin gərginliyində ABŞ-ın prioritetlərinin dəyişə biləcəyinə də diqqət çəkilib.

Suriyadan çəkilmənin nə vaxt və necə baş tutacağı bəlli olmasa da, məsələ ilə bağlı daxili müzakirələrin davam etdiyi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =