Amerika Müsəlman və Çoxdinli Qadınların Gücləndirilməsi Şurasının sədri: Müsəlman qadınların səsini kəsirlər

İndi bizim – müsəlman qadınların səsini kəsirlər.
Bunu Amerika Müsəlman və Çoxdinli Qadınların Gücləndirilməsi Şurasının sədri Anila Ali Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı deyib:
“Bizim təşkilat bu cür yanlış anlaşılma və məhfumları aradan qaldırmaqda israrlıdır. İnanırıq ki, bütün dünyanı cənginə almaqda olan islamofobik düşüncəni önləmək üçün bir ola biləcəyik”, – o əlavə edib.
Anila Ali təkcə kağızda deyil, həqiqiliyi ifadə edən tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkib: “Bütün dünyaya bu gün sülh lazımdır. Qadınlar bu sülh prosesinə mümkün töhfəni verməkdən məhrum edilməməlidir”.