Amerika onlarla İŞİD terrorçusunu Suriyadakı bazalarına köçürüb

Amerika onlarla İŞİD terrorçusunu Suriyadakı bazalarına köçürüb

Əl-Məyadin kanalı ABŞ-ın onlarla İŞİD terrorçusunu Suriyanın Deyrəz-Zur ərazisində yerləşən bazalarına köçürdüyünü açıqlayıb.

Əl-Məyadinin məlumatına görə, ABŞ Suriyanın şimalındakı Əl-Həsəkə şəhərindən 150-yə yaxın İŞİD terrorçusunu Deyrəz-Zur ətrafındakı Əş-Şədadi və Əl-Ömər bazalarına köçürüb.

Bu hesabata görə, köçürülən terrorçular müxtəlif millətlərdəndir.

Dünən Amerika işğalçı qüvvələrinin helikopterləri bir neçə İŞİD terrorçusunu Əl-Həsəkə şəhərindəki həbsxanadan Suriya və İraq sərhədlərində yerləşən Hums şəhərinin şərq ətraflarındakı Ət-Tənif bölgəsində olan bazasına daşıyıb.

 Bu fəaliyyət sabitliyin pozulması və yaşayış məntəqələrinə, infrastruktura və Suriya ordusu bazasına hücum çərçivəsində həyata keçirilib.

Buna əsaslanaraq, yerli mənbələr SANA xəbər agentliyinə də bildiriblər ki, Amerika hərbçiləri və qondarma QSD qüvvələrinin həbsxanaya çevirdiyi Mədrəsətus-Sənayidən İŞİD terrorçularını daşıyan Amerika hərbi vertolyotları Əş-Şədadi və Ömər adlı iki qeyri-qanuni Amerika bazasına doğru uçub.

Amerika qüvvələri ötən illər ərzində Ğuvəyran həbsxanasından və onların qanunsuz düşərgə və bazalarından bir neçə İŞİD terrorçusunu işğal altındakı Ət-Tənif bölgəsinə köçürüb və təlim keçdikdən sonra dinc əhaliyə qarşı terror əməliyyatları keçirmək məqsədilə Suriyanın səhra ərazilərində yerləşdirib.

Bu terror əməliyyatlarından ən sonuncusu ötən fevral ayının 17-də baş verib və nəticədə 53 Suriya vətəndaşı həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 6 =