Amerika polisi afroamerikalını şokerlə vəhşicəsinə qətlə yetirib – Video

Amerika polisi afroamerikalını şokerlə vəhşicəsinə qətlə yetirib – Video

Amerika mediası Los-Anceles polisinin qaradəriliyə şokerlə elektrik cərəyanı verməsi nəticəsində onun öldüyünü bildirib.

Həmin şəxsin “Qaradərililərin həyatı önəmlidir” hərəkatının təsisçilərindən biri olan Patris Kallersin xalası oğlu olduğu bildirilir.

CNN 31 yaşlı qaradərilinin polislə qarşıdurmadan sonra öldüyünü xəbər verib.

Bu xəbərə görə, Los-Anceles polisi verdiyi açıqlamada, yanvarın 3-də Los-Ancelesin Venisi məhəlləsində baş verən yol qəzası yerində Keenan Andersonla qarşılaşdığını bildirib.

CNN Andersonun polis tərəfindən şokerlə elektrik cərəyanı verilməsindən sonra xəstəxanaya aparıldığını, lakin ürək dayanması nəticəsindəvəfat etdiyini açıqlayıb.

“Black Lives Matter” Amerika qaradərili icmasında başlayan və qaradərili insanlara qarşı zorakılıq və irqçiliklə mübarizə aparan ictimai hərəkatdır.

CNN polisin yaydığı video görüntülərdə polisin Keenan Andersonun həbsi zamanı dəfələrlə elektrik şokundan istifadə etdiyi göstərilir. Andersonun həbsindən sonra o, yerli xəstəxanaya aparılsa da, ürək dayanmasından dünyasını dəyişib.

Yayımlanan görüntülərə görə, Anderson polisin vəhşi davranışlarına müqavimət göstərərkən Amerika polisi tərəfindən eyni şəkildə öldürülən “Corc Floyd”a işarə edərək polisdən ona elektrik cərəyanı verməməsini xahiş edir və kömək istəyir.

Patris Kallers İnstaqram hesabında yazıb: “Anderson Los Anceles polisi tərəfindən öldürülüb.”

O, daha sonra əlavə edib: “Keenanın oğlu atası tərəfindən böyüdülməyə layiq idi. “Biz sizin və dövlət zorakılığına məruz qalan bütün əzizlərimiz üçün mübarizə aparacağıq.”

Vaşinqtondakı “Digital Pioneers” ingilis dili müəssisəsi Andersonun bu müəssisədə ingilis dilini tədris etdiyini və yeni ildə qohumlarını ziyarət etmək üçün Los-Ancelesə getdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + twenty =