Amerika polisi Fələstin tərəfdarı etirazçı 80 tələbəni həbs edib

ABŞ-ın Kaliforniya ştatındakı Santa Cruz Universitetinin rektor köməkçisi Skot Hernandez Ceyson verdiyi açıqlamada polis əməkdaşlarının bu universitetin kampusunda Fələstin tərəfdarı olan etirazçı 80 tələbəni həbs etdiyini bildirib.
Bu bəyanatda deyilir: Bir neçə polis mərkəzindən bu universitetə göndərilən hüquq-mühafizə orqanlarının əməkdaşları (yerli vaxtla) cümə günü səhər bu universitetin kampusunda Fələstin tərəfdarı etirazçıların çadırlarına hücum edərək onlardan 80 nəfəri həbs ediblər.
Bəyanatda deyilir: Polis məmurları həmçinin bir neçə gündür Santa Kruz şəhərciyinə girişi əngəlləyən düşərgəni və barrikadanı da söküblər.