Amerika polisi silahsız və şikəst bir adama bir neçə dəfə atəş açıb- Foto/Video

Amerika polisi silahsız və şikəst bir adama bir neçə dəfə atəş açıb- Foto/Video

Şimali Karolina polisi tərəfindən silahsız əlil şəxsin evində ona çoxsaylı atəş açılması ilə bağlı şok görüntülər ortaya çıxıb.

41 yaşlı Ceyson Harli Klopfer dekabrın 12-də Şimali Karolina ştatının Cherokee polisi tərəfindən sinəsindən və qol nahiyəsindən yeddi güllə yarası alıb. Buna səbəb polisin onun bir nəfəri girov saxladığını və polisə atəş açdığını güman etməsi olub.

Halbuki, bu şəxs əlil və silahsız və hadisə baş verən gecə yaşadığı karavanda həyat yoldaşı ilə birlikdə olub.

Hadisənin şok görüntülərində Klopferin polisə qapını açdığı görünür. O və həyat yoldaşı Alison Maler əllərini qaldıraraq silahlı olmadıqlarını bildirirlər. Lakin polis əməkdaşları ona yeddi güllə ataraq onu yerə sərirlər.

Mirror xəbər verir ki, o, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis rəsmiləri onun qapını açmazdan əvvəl məmurlarla şifahi mübahisəyə girdiyini və vurulmadan əvvəl polislə müqavimət göstərdiyini iddia etmişdilər, lakin sonradan Klopfer tərəfindən yayımlanan kamera görüntüləri hadisələrin fərqli versiyasını ortaya qyoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + ten =