Amerika polisi tərəfindən öldürülən qadın Ashley Babbitin anası həbs edilib

Amerika polisi tərəfindən öldürülən qadın Ashley Babbitin anası həbs edilib

İki il əvvəl Donald Trampın tərəfdarlarının ABŞ Konqres binasına hücumu zamanı polis tərəfindən güllələnərək öldürülən qadının anası həbs edilib.

Beynəlxalq media Amerika polisinin 6 yanvar hadisəsində iki il əvvəl polis tərəfindən güllələnərək öldürülən “Ashley Babbit” adlı qadının anasını həbs etdiyini bildirib.

 “Daily Mail” qəzeti iki il əvvəl 35 yaşında ABŞ Konqres binasında bu ölkənin polisi tərəfindən öldürülən Ashley Babbiti nəzərdə tutaraq “konqres iğtişaşçısı” ifadəsini işlədib.

Cümə günü Vaşinqtonda bir qrup vətəndaş onun Amerika polisi tərəfindən öldürülməsinin ikinci ildönümü münasibətilə etiraz və anım mərasimi keçirib.

Ashley Babbitin 58 yaşlı anası Mickey Witthoft bir qrup etirazçının nəqliyyatın qarşısını kəsməsindən sonra polis tərəfindən həbs edilib.

iki il əvvəl (2021) Yanvarın 6-da, ABŞ Senatının sessiyasında 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələri təsdiqlənərkən, seçkinin nəticələrinə etiraz edən bir qrup Tramp tərəfdarı Konqresin binasına hücum edib. Polis həmin gün etirazçılardan bəzilərinə atəş açaraq Ashley Babbiti öldürüb.

Daily Mail yazır ki, Ashly Babbitin anasının həbsinə şahid olan müşahidəçilər polisin davranışına etiraz ediblər. İnternetdə yayılan videoda etirazçılardan biri bu ananın həbsinə cavab olaraq polisə qışqırır və polisin bu ananın qızını öldürdüyünü xatırladır.

İnternetdə Ashley Babbitin anasının həbs olunduğunu göstərən bir neçə video yayımlanıb. Videolardan birində etirazçılardan biri polisə qışqırır: “Siz Ashly Babbiti Konqresin daxilində öldürdünüz, indi də onun anasını həbs edirsiniz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 4 =