Amerika polisi tərəfindən qaradərili sürücünün vəhşicəsinə döyülməsi -Foto

Amerika polisi tərəfindən qaradərili sürücünün vəhşicəsinə döyülməsi -Foto

ABŞ ordusunda xidmət keçmişi olan qaradərili vətəndaşın vəkilləri onun bu ölkənin polisi tərəfindən döyülməsinin ürəkağrıdan fotolarını yayıblar.

Koloradoda avtomobilini saxlayarkən polis tərəfindən vəhşicəsinə döyülən bu qaradərili Amerika vətəndaşının vəkilləri bu hadisənin ürəkağrıdan fotolarını yayıb və cinayət işi açılmasına çağırıblar.

ABŞ Ordusunun Milli Qvardiyasında helikopter mexaniki olaraq xidmət edən Dalvin Qodson oktyabr ayında Kolorado Sprinqsdə bir neçə polis məmuru tərəfindən irqçi hücuma məruz qaldığını və digər zabitlərin döyülməni dayandırmaq üçün müdaxilə etmədiyini söylədi.

Döyüldükdən sonra çəkilən fotoların birində gülümsəyən məmur əlindəki bu zorakılıq nəticəsində yaranan yaranı göstərir.

Bir məmur marixuana iyisi hiss etdiyini iddia etdi və Godson’a DUI testindən keçməli olduğunu söylədi.

Həmin vaxt evsiz olan Qodson daha sonra maşından endirilib və ona əlləri qandallanacağı bildirilib.

Qodson maşından düşməkdən imtina edərək, niyə əlinə qandal vurulmalı olduğunu soruşduqda, o, yumruq və təpiklərə məruz qalıb.

O, bildirib ki, birinci yumruqdan sonra peşman olduğunu demək istəyib və yerə uzanıb, lakin bir neçə məmur onu tutub təpikləyib, başına və üzünə yumruqlar vurub.

O, daha sonra huşunu itirib və 13 zabit hadisə yerində olarkən hücumu dayandırmağa cəhd etməyiblər.

Hücumdan sonra qan içində qalıb və küçənin döşəməsində özünə gəlib. Gözünə, başına, onurğasına və kürəyinə aldığı zədələrin təsirləri hələ də davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 11 =