Amerika səfiri: Hizbullahla gərginliyin həlli üçün Qəzzada atəşkəs zəruridir

Amerika səfiri: Hizbullahla gərginliyin həlli üçün Qəzzada atəşkəs zəruridir

ABŞ-ın işğal olunmuş Fələstindəki səfiri Qəzzada atəşkəsin Təl-Əviv ilə Livan Hizbullahı arasındakı gərginliyin aradan qaldırılması üçün zəruri olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, Cek Lou bu gün (25 iyun) deyib: Livan Hizbullahı ilə gərginliyin həlli onun düşündüyündən də yaxındır, lakin bunun reallaşması üçün Qəzza zolağında atəşkəs olmalıdır.

Fələstin müqavimətinin Qəzza zolağında işğalçı qüvvələrə qarşı Əl-Əqsa tufanı əməliyyatı başladığı gündən Livan Hizbullahı da işğal olunmuş Fələstinin şimalında genişmiqyaslı əməliyyata başlayıb

Sionist rejim mediaları Livanın islami müqavimət döyüşçülərinin işğal altındakı Fələstinin şimalına endirdiyi ağır zərbələrin təsirini etiraf edir və Hizbullahın sionist qəsəbələrini darmadağın edilməsi müharibə anonsunu verib.

Livan Hizbullahının zireh əleyhinə modern və dəqiq silahlardan istifadə etməsi işğalçılar arasında təşvişə səbəb olduğu üçün işğal olunmuş Fələstinin şimalındakı sionist qəsəbələrin əksəriyyəti boşaldılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 2 =