Amerika saytı: Suriyadakı Amerika hərbçilərinin həyatını xilas etməyin ən asan yolu onları vətənlərinə göndərməkdir
Amerikanın “Anti-War” saytı hesab edir ki, Suriyadakı Amerika qüvvələrini növbəti hücumlardan qorumağın ən asan yolu onları mümkün qədər tez vətənlərinə qaytarmaqdır.
Bu Amerika veb-saytı vurğulayıb ki, Vaşinqton İŞİD terror qruplaşması ilə iddia edilən mübarizədən Suriyadakı qoşunlarının qeyri-qanuni mövcudluğuna haqq qazandırmaq üçün aldadıcı bəhanə kimi istifadə etməyə davam edir.
ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü və 2008-ci ildə ABŞ prezident seçkilərinə namizədlərdən biri olan Ron Paul bu saytda yazıb ki, keçən həftə Suriyanın şimal-şərqində ABŞ qüvvələrinə hücum artıb və daha çox hücumlar ola bilər. Suriyada 900 ABŞ əsgəri yerləşir və növbəti dəfə daha çox Amerika əsgəri öldürülə bilər.
Paul Vaşinqtonun qatı düşməni olan Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərdə son islahatlara işarə edərək deyib: “Son bir ayda Yaxın Şərqdə baş verən əsaslı dəyişikliklər Suriya və İraqda Amerika işğalının davam etməsinin qeyri-mümkünlüyünü göstərir.”
O, davam edib: Amerika Suriyanın neft və kənd təsərrüfatı olan bu böyük hissəsini işğal edib ki, Amerikanın transmilli şirkətləri təbii ehtiyatları oğurlamaqla qazanc əldə etsinlər. Bu, Suriyanın ölkəni yenidən qurmaq üçün öz təbii ehtiyatlarından istifadə etməsinə mane olur. Amerikanın Yaxın Şərqdə niyə o qədər də populyar olmadığı aydındır!
Bu müəllif bildirib: Yaxın Şərqin Amerika tərəfindən işğalının sonu yaxınlaşır və biz bunu nə qədər tez dərk etsək, bir o qədər yaxşıdır. Biz Yaxın Şərq ölkələrinin siyasətinə qarışaraq, torpaqlarını işğal edərək onların resurslarını oğurlamaq istəmirik.
Amerikalılar Amerikanı bütün düşmənlərə qarşı müdafiə etmək üçün orduya qoşuldular, lakin paytaxtın korrupsioner məmurları bu ordudan yad torpaqları işğal etmək və neftlərini oğurlamaq üçün sui-istifadə etdilər. Bəlkə də buna görə ABŞ ordusu öz məqsədlərinə nail ola bilmir.
Reynolds ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2019-cu ilin martında İŞİD-in məhv edildiyini bəyan etməsinə aydınlıq gətirib.
Lakin ABŞ hökumətinin Suriya neft yataqlarına nəzarət prosesini sürətləndirməsi o deməkdir ki, İŞİD məhv edilsə belə, ABŞ terrorçuların geri qayıtmasının qarşısını almaq bəhanəsi ilə Suriyanın bəzi hissələrini işğal etməyə davam edəcək.