Amerika şirkətlərinin Səudiyyə Ərəbistanından çıxarılması və Bin Salmanın planlarına zərbə

Amerika şirkətlərinin Səudiyyə Ərəbistanından çıxarılması və Bin Salmanın planlarına zərbə

 “The Wall Street Journal” Amerika şirkətlərinin Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etmək istəməməsi barədə yazıb və bunu vəliəhd şahzadə Məhəmməd bin Salmanın ekspansionist planlarına zərbə adlandırıb.

Bu qəzet yazır: “Səudiyyə Ərəbistanı dünyanın ən böyük şirkətlərindən iqtisadiyyatını modernləşdirməyi xahiş edib, lakin onlar arasında ticarət azalıb və investorlar neftlə zəngin Səudiyyə Ərəbistanı ölkəsinə marağını itirib.”

General Electric və digər kommersiya şirkətləri kimi şirkətlər çox vaxt on milyonlarla dollarla hesablanan ağır vergilər ödəməli olurlar. Bektel həmçinin 1 milyard dollardan çox borcuna görə bəzi podratçılarını evə göndərib.

Bütün bunlar Səudiyyə Ərəbistanına investisiyaların azalmasına səbəb olub və bəzi şirkətlər vəd etdikləri inkişaf fəaliyyətlərini ya dayandırıblar, ya da təxirə salıblar.

Wall Street Journal-a görə, Amerika şirkətlərinin bu hərəkətləri 2016-cı ildə biznes və ticarət mühitini yaxşılaşdırmaq və qlobal innovasiya mərkəzi yaratmağı vəd etmiş bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmana zərbədir.

Qəzet belə bir nəticə açıqalyıb: “Bu vəziyyət adətən kiçik şirkətlərin vəziyyətini çətinləşdirməklə yanaşı  Səudiyyə Ərəbistanına təkcə neftsiz iqtisadiyyat sahəsində deyil, həm də xarici ticarət sahəsində onu pis vəziyyətdə qoyacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =