Amerika Suriyada gərginliyi gücləndirir-Video

Amerika Suriyada gərginliyi gücləndirir-Video

Suriyada terrorçuların məğlubiyyəti ilə bu yaxınlarda Dəməşq ərəb ölkələrindən diplomatların Suriya ilə münasibətlərini yaxşılaşdırmaq üçün gəlib-getməsinə şahid oldu, lakin dəlillər göstərir ki, bu yeni dəyişikliklər Suriyadakı işğalçı Amerikanın maraqlarına uyğun deyil.

Əl-Aləm-in məlumatına görə, ABŞ Suriyada güclü hərbi hərəkətlər və gərginliyin artırılması ilə ərəb ölkələrinin Suriya ilə əlaqələrinin yaxşılaşmasının qarşısını almağa çalışır.

Bu hərəkətlər demək olar ki, son vaxtlar Rusiya və Amerika təyyarələri arasında hava münaqişələrinə səbəb olub.

Bununla əlaqədar ötən həftə Amerika hərbi karvanı İraq Kürdüstanından Suriyanın şərqindəki Deyrəz-Zor vilayətinə daxil olub.

Bu ölkənin hakimiyyət orqanları dəfələrlə ABŞ-dan bu ölkəni tərk etməyi tələb ediblər, çünki Amerika qüvvələrinin Suriya hökumətinin icazəsi olmadan mövcudluğu işğalın bariz nümunəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 16 =