Amerika Suriyadakı İŞİD hədəflərinə hücum etdiyini iddia edib

Pentaqon Mərkəzi Komandanlıq (CENTCOM) qüvvələrinin Suriyadakı İŞİD baza və ünsürlərinə hədəfli hava hücumları təşkil etdiyini iddia edib.
İRNA-nın məlumatına əsasən, Pentaqonun sözçüsü Pat Rayder bu gün (17 dekabr) mətbuat konfransında deyib: Bu əməliyyatın dəyən ziyanın hesablanması davam edir və mülki əhali arasında tələfat əlaməti yoxdur.
Pat Rayder həmmçinin bildirib: İlkin dəyərləndirmələrə əsasən, bu hücumlar zamanı təxminən 12 İŞİD qüvvəsi öldürülüb.
Pentaqonun Suriyada Bəşər Əsəd rejiminin süqutunun İŞİD-in əsirləri azad etməyə cəhd etməsinə səbəb ola biləcəyindən narahat olub-olmaması ilə bağlı suala Rayder deyib: Müdafiə Nazirliyi vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Suriya Demokratik Qüvvələri ilə əməkdaşlıq edir.